08.01.2025
Ölkəmizdə ilk dəfə Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin I Milli Konqresi keçiriləcək.
Konqresin əsas məqsədi daxili xəstəliklər sahəsində müasir yenilikləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və tibb mütəxəssislərini bir araya gətirməkdir. Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin təqdimatları, interaktiv sessiyalar və müxtəlif elmi müzakirələr nəzərdə tutulmuşdur.
Konqres 21-23 fevral 2025-ci il tarixlərində Bakı şəhəri, Azərbaycanda baş tutacaqdır.