01.01.2025
Azərbaycan Nefroloqlar Cəmiyyətinin "Azərbaycan Nefrologiya, Dializ & Transplantologiya Jurnalı" maraq dairəsinə uyğun məqalələrin qəbulunu elan edir.
Jurnal növbəti sayında aşağıdakı növ məqalələrin dərcini planlaşdırır: Orijinal tədqiqatların nəticələri, Klinik hal məruzələri, Ədəbiyyat icmalları, Redaktora məktub, Meta-analizlər, Konsensus bəyanatları, Metodik tövsiyələr, Klinik protokollar.
Məqalələrin aşağıdakı mövzulara uyğun olması gözlənilir:
- Kəskin və xronik böyrək çatışmazlığı və onların idarə edilməsi,
- Hemodializ, peritoneal dializ və alternativ dializ üsulları,
- Böyrək transplantasiyası və immunsupressiv terapiya,
- Qlomerulonefritlər və tubulointerstisial xəstəliklər,
- Hipertenziya və böyrək xəstəlikləri,
- Diabetik nefropatiya və metabolik sindrom,
- Böyrək daş xəstəliyi və onun müalicəsi,
- Böyrək funksiyasının qorunması və regenerativ tibb,
- Uşaq nefrologiyası və irsi böyrək xəstəlikləri,
- Böyrək xəstəliklərinin diaqnostikası və biomarkerlər,
- Elektrolit və turşu-qələvi balansının pozulmaları,
- Böyrək xəstəlikləri ilə əlaqəli kardiovaskulyar problemlər,
- Palliativ qayğı və terminal böyrək çatışmazlığı,
- Nadir böyrək xəstəlikləri və klinik tədqiqatlar.
Məqalələrin beynəlxalq standartlara uyğun olması tələb olunur. Təqdim olunan materiallar "peer-review" prosesindən keçiriləcək.
*Son müraciət tarixi: [20 fevral 2025]
*Email: [[email protected]]
*Tel: 050-243-86-71
Nefrologiya və Transplantologiya üzrə apardığınız tədqiqatları ölkə və dünya miqyasında paylaşmaq istəyən bütün müəllifləri jurnalımıza məqalə təqdim etməyə dəvət edirik!